“Qarabağ” azarkeşlərə xüsusi avtobuslar ayırdı
30.07.2019 , 17:35

“Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsində “Dalğa Arena”da İrlandiyanın “Dundalk” klubu ilə qarşılaşacaq.
Korner.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki,azarkeşlərin stadiona rahat gedib-qayıtmağını təmin etmək üçün “Qarabağ” xüsusi avtobuslar ayrılıb.
Sabah 18:30-19:45 arası “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək.”Qarabağ” loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq.Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu” metrostansiyasına geri qaytaracaq.
