Ölkə futbolu

“Qarabağ”ın oyunu təxirə salındı

29.09.2020 , 15:19

Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.

Korner.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Bildirilib ki,  AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər  Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyunun təxirə salınmasını  istəyib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini və  adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan  Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu başqa tarixə təxirə salınıb.

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Son yazılar

Yuxarı