“Qarabağ”ın oyunu Rusiya telekanalında
28.11.2019 , 12:04

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gecə keçiriləcək “Sevilya” – “Qarabağ” matçı Azərbaycan və Rusiya telekanalları vasitəsi ilə canlı yayımlanacaq.
Qarşılaşma “CBC Sport” və “Matç! Futbol 3″də birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
