“Qarabağ”ın oyunu canlı yayımda
22.01.2020 , 15:02

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın bugünkü yoxlama oyunu canlı yayımlanacaq.
Korner.az xəbər verir ki, futbolsevərlər Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşmanı PFL-in “YouTube” kanalı vasitəsilə izləyə bilərlər.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
