“Qarabağ”ın oyunu bu kanalda yayımlanacaq
07.08.2023 , 13:57

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində HİK-ə (Finlandiya) qarşı keçirəcəyi oyunu yayımlayacaq telekanal məlum olub.
Korner.az xəbər verir ki, matç “İdman” TV-dən canlı yayımlayacaq.
Avqustun 10-da keçiriləcək görüş saat 20:00-da start götürəcək.
