“Qarabağ”ın oyunu 3 manata
27.03.2024 , 23:57

Azərbaycan Premyer Liqasının 28-ci turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabah “iticket.az”da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
