“Qarabağ”ın oyunu 1 dəqiqəlik sükutla başlayacaq
04.10.2022 , 15:45

Bu həftə UEFA bayrağı altında keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Oyunlarda İndoneziyada “Arema” və “Persebaya Surabaya” klubları arasında keçirilən matçdan sonra yaranan iğtişaşlar zamanı həyatını itirənlərin xatirəsinin yad olunması səbəbindən sükut olacaq.
Sözügedən oyundan sonra “Arema” azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Nəticədə 129 nəfər vəfat edib, 180 nəfər isə yaralanıb.
“Qarabağ” oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos”un qonağı olacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.
