“Qarabağ”ın oyunlarının vaxtı açıqlandı
30.08.2019 , 19:38

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, A qrupunda yer alan “Qarabağ” ilk matçını doğma meydanda Avroliqanın ən titullu komandası “Sevilya”ya qarşı keçirəcək.
İkinci turda “Düdelanj”ın qonağı olacaq Ağdam klubu, 3 və 4-cü turlarda Kipr APOEL-i ilə qarşılaşacaq. Komanda son turda doğma meydanda “Düdelanj”la üz-üzə gələcək.
A qrupunun təqvimini təqdim edirik:
Avropa Liqası
A qrupu
19 sentyabr
20:55. Qarabağ – Sevilya
20:55. APOEL – Düdelanj
3 oktyabr
23:00. Düdelanj – Qarabağ
23:00. Sevilya – APOEL
24 oktyabr
20:55. Qarabağ – APOEL
23:00. Sevilya – Düdelanj
7 noyabr
20:55. APOEL – Qarabağ
20:55. Düdelanj – Sevilya
28 noyabr
23:00. Düdelanj – APOEL
23:00. Sevilya – Qarabağ
12 dekabr
20:55. Qarabağ – Düdelanj
20:55. APOEL – Sevilya
