“Qarabağ”ın oyunlarının təqvimi
02.09.2023 , 11:30

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
Korner.az xəbər verir ki, Ağdam klubu ilk oyunu sentyabrın 21-də Bakıda “Molde”yə (Norveç) qarşı keçirəcək. II oyun isə səfərdə “Hakken”lə olacaq.
“Qarabağ”ın Avropa Liqasındakı təqvimi:
21 sentyabr / Qarabağ – Molde (Norveç)
5 oktyabr / Hakken (İsveç) – Qarabağ
26 oktyabr / Bayer (Almaniya) – Qarabağ
9 noyabr / Qarabağ – Bayer
30 noyabr / Molde – Qarabağ
14 dekabr / Qarabağ – Hakken
