“Qarabağ”ın oyunçusu ən yaxşı oldu
16.04.2019 , 17:27

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXIV turunun ən yaxşı futbolçusu məlum olub.
Bu, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydadır. Millinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Riçard Almeyda turun ən yaxşı indeksə malik futbolçusudur.
