“Qarabağ”ın növbəti rəqibi məlum oldu
16.06.2023 , 09:57

İyunun 22-də yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək “Qarabağ” hazırlıq zamanı 3 yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-i isə “Legiya” (Polşa) ilə üz-üzə gələcək. 3-cü yoldaşlıq oyunundakı rəqibin və həmin matçın vaxtı barədə daha sonra məlumat veriləcəyi qeyd olunub.
