“Qarabağ”ın növbəti rəqibi
25.06.2023 , 15:53

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın daha bir rəqibi məlum olub.
Korner.az xəbər verir ki, “atlılar” Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Görüş iyulun 4-də olacaq.
“Qarabağ” bundan əvvəl iyunun 27-də “Ferentsvaroş” (Macarıstan) və iyulun 1-də “Legiya” (Polşa) ilə üz-üzə gələcək.
