Çempionlar liqası

“Qarabağ”ın növbəti oyununun vaxtı və hakimləri açıqlandı

19.08.2020 , 16:53

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki matçına hakim təyinatları açıqlanıb.

Korner.az xəbər verir ki, görüşü qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Furkat Atajanov olacaq. Ona yan xətdə həmyerliləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qriqori Moskovçenko yerinə yetirəcək.

“Qarabağ” II təsnifat mərhələsində bu gün keçiriləcək “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək.

Son yazılar

Yuxarı