“Qarabağ”ın müdafiəçisi zədələndi
25.03.2019 , 16:43

Ötən gün “Zirə” klubu ilə yoxlama görüşündə zədələnən “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçakın vəziyyətinə aydınlıq gəlib.
Polşalı futbolçu 10 gün yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, görüş “Qarabağ”ın “Zirə” üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.
