Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” oyunu canlı yayımlanacaq.
İyulun 18-də Tiflisdə keçiriləcək qarşılaşma İdman Azərbaycan telekanalında birbaşa nümayiş etdiriləcək. Görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında ilk görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb
