Albaniya millisinin müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu millisinin AVRO-2016-dakı şanslarını dəyərləndirib:
“Əgər “Avro-2016″nın qrupunda seçmə mərhələdəki kimi oynasaq, yaxşı nəticə qazanacağıq. Çünki seçmə mərhələ ilə müqayisədə yığmanın heyətində elə də böyük dəyişiklik olmayıb”.
“Qarabağ” klubu barədə də danışan Aqolli Ağdam təmsilçisi ilə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istədiyini bildirib:
“Avropa çempionatından sonra bütün diqqətimi “Qarabağ”a yönəldəcəm. Bizi Çempionlar Liqasında çətin mübarizə gözləyir. Ağdam təmsilçisi ilə 1 illik müqaviləm var və hazırda gələcəyimi bu komandada görürəm. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır”.
