“Qarabağ”dan darmadağın
28.01.2021 , 17:58
Bu gün Premyer Liqamızda 5-ci turdan təxirə salınan bir oyun keçirilib.
Korner.az-ın məlumatına görə, “Qarabağ” evdə “Səbail”lə qarşılaşıb. Görüşdə Ağdam təmsilçisi 4:0 hesablı qalib gələrək, liderliyi ələ keçirib.
Qeyd edək ki, bu görüş milli komandanın matçları ilə əlaqədar təxirə salınmışdı.
28 yanvar
Azərbaycan Premyer Liqası
5-ci turdan təxirə salınan oyun
16:00. “Qarabağ” – “Səbail” – 4:0
Qollar: Kvabena Ovusu, 18, Mahir Emreli, 25, 90+2, Patrik Andrade, 85
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Azersun Arena”