“Qarabağ”ın legionerləri Slovakiyaya qarşı oynadı
18.11.2022 , 11:21

Monteneqro milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Korner.az xəbər verir ki, Monteneqro yığması öz meydanında Slovakiya ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə bitib.
“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç də oyunda iştirak edib. Hər iki oyunçu qarşılaşmaya start heyətdə başlayıb. Veşoviç 58-ci dəqiqədə, Yankoviç isə 70-ci dəqiqədə əvəzlənib.
