Bolqarıstanın “Botev” klubunun üzvü Ferebori Dore karyerasını Azərbaycanda davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 25 yaşlı hücumçu ölkəmizlə yanaşı, Türkiyədən də təklif alıb.
Qeyd edək ki, Dore “Botev”ə yayda transfer olunub. O, bu komandada 14 oyun keçirib və 7 qol vurub. Əvvəllər Fransanın “Anje” və Rumıniyanın “Petrolul” klublarında çıxış endib. Konqo yığmasının üzvü olan forvard bu komandada “Qarabağ”ın hücumçusu Ulriş Kapolonqo ilə birlikdə çıxış edib.
