“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli Azərbaycanın kədərinə şərik çıxıb.
Korner.az-ın məlumatına görə, o, feysbuk profilinə qara lentli Azərbaycan bayrağı fotosu yerləşdirib.
Qeyd edək ki, bu gecə cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun 8 əsgər və zabiti şəhid olub. Xeyli əsgər yaralanıb. Onlardan biri günorta saatlarında dünyasını dəyişib.
