“Qarabağ”ın legioneri Taffarellə görüşüb
07.01.2019 , 19:45

“Qarabağ”ın qapıçısı Vaqner Silva Braziliya millisinin keçmiş qapıçısı Sao-Paulo hava limanında Klaudio Taffarellə görüşüb.
Bu barədə o, özünün şəxsi “İnstaqram” hesabında məlumat verib.
Taffarellə şəkil çəkdirən Silva “Sensasiyalı adam, eyni zamanda kumirim olan qapıçı ilə görüşmək sözlə ifadə edə bilməyəcəyim hislərdir”, deyib.
