“Qarabağ”ın legioneri ölkəsində ilin ən yaxşıları sırasında
27.12.2018 , 12:19

“Qarabağ”ın haitili futbolçusu Vild-Donald Gerye ölkəsində 2018-ci ilin ən yaxşıları sırasına düşüb.
O, “Loop Haiti”nin ölkənin ilin ən yaxşı fəaliyyət göstərən 10 şəxsi siyahısında yer alıb.
Onun seçilməsi belə izah edilib: “Azərbaycan klubunda ikinci mövsümdü oynayan Gerye bu ölkədə 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçildi. Yayda ona İtaliyadan təklif gəlsə də, futbolçu “Qarabağ”da qalmağı üstün tutdu. Mövsümün sonunda çempion oldu, ölkəyə uyğunlaşma prosesini geridə qoydu. Geryenin də avqustda yaxşı oyununun köməyi ilə “Qarabağ” növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazandı”.
Gerye 2017-ci ilin yayından “Qarabağ”da çıxış edir.
