“Qarabağ”ın haitili yarımmüdafiəçisi Donald Gerye ölkəsində mükafata layiq görülüb.
30 yaşlı futbolçu Haitini ölkə xaricində layiqli təmsil etdiyi üçün Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyinin mükafatına layiq görülüb. Geryeylə yanaşı, Mateo Filipp Koulz və Redondo El Prinsip Riçard adlı idmançılar da mükafatlandırılıblar.
29 yaşlı futbolçu 2017-ci ildən “Qarabağ”da çıxış edir.
