“Qarabağ”ın legioneri milliyə çağırıldı
17.05.2022 , 13:38

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Monteneqro millisinə dəvət edilib.
Korner.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Millətlər Liqasında iyunun 4 və 14-də Rumıniya, 7-də Finlandiya, 11-də isə Bosniya və Herseqovina ilə oyunlar üçün yığmaya cəlb olunub.
Veşoviç mövsümün əvvəlində “Qarabağ”la müqavilə imzalayıb.
