“Makedoniya futbolunda keyfiyyət var. Ancaq şəraitə gəlincə biz Azərbaycanın xeyli gerisində qalırıq. Burada demək olar ki, hər komandanın öz bazası və iki məşq meydançası var”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem ölkəsinin mətbuatına müsahibəsində deyib.
Təcrübəli futbolçu Azərbaycan çempionatının ildən-ilə daha da gücləndiyini bildirib: “Azərbaycana Avropanın aparıcı liqalarından – Belçika, Hollandiya, Portuqaliya, İspaniya, Fransa və digər ölkələrindən güclü futbolçular gəlir. Ümumiyyətlə ildən-ilə Azərbaycan çempionatının səviyyəsi artır. “Qarabağ”la biz Avropa Liqasının “pley-off”unda oynamışıq. Hansı ki, həmin vaxt Bundesliqa təmsilçisi “Ayntraxt”a hər iki görüşdə uduzmuşduq (0:2, 1:2)”.