“Qarabağ”ın cənubi afrikalı hücumçusu Dino Ndlovunun adı 2017-ci ilin ən yaxşı 10 futbolçusu arasında çəkilib
Öz ölkəsində təşkil edilən siyahıda qərarlaşan Ndlovu 6-cı yerə layiq görülüb
Ndlovu Çempionlar Liqasının təsnifat mərhələsində 4, Premyer Liqada isə 5 qol vurub. Bundan başqa, ötən mövsüm “Qarabağ”ın heyətində çempionluq sevinci yaşayıb.
Siyahıda ilk yeri Cənubi Afrikanın “Mamelodi Sandaunz” klubunun yarımmüdafiəçisi Persi Tau tutub.
