“Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı müəyyənləşdi
19.07.2018 , 13:03

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.
Cütün hər iki oyununun vaxtı bəlli olub. Ağdam klubu ilk görüşünü səfərdə keçirəcək. Həmin oyun iyulun 25-i, Bakı vaxtı ilə 21:00-da başlayacaq.
Bakıdakı cavab matçı isə avqustun 1-də keçiriləcək və 21:00-da start götürəcək.
