“Qarabağ”ın kuboku “Bakcell Arena”da veriləcək
07.05.2019 , 12:07

Topaz Premyer Liqasının və I Divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.
PFL-in rəsmi saytı xəbər verir ki, yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq.
Topaz Premyer Liqasında sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da reallaşacaq.
I Divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşlərindən sonra məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün I Divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.
