“Qarabağ”ın kapitanı Rəşad Sadıqov cari mövsümün mükafatçılarının təltifetmə mərasimində iştirak etməyəcək. Təcrübəli müdafiəçi sabah Türkiyəyə yollanacaq.
Korner.az-ın məlumatına görə, buna səbəb zədəli futbolçunun müalicə almaq istəyidi. Son turun “Bakı” ilə görüşündə zədələnən Sadıqovun ən azı 10 gün müalicə olunacağı bildirilir.
Premyer Liqanın XXXII turunun “Neftçi” – “Bakı” matçından sonra qaliblər mükafatlandırılacaq.