“Qarabağ”ın iştirak ərizəsi – SİYAHI
04.02.2022 , 15:59
“Qarabağ” Konfrans Liqasının pley-off oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda 28 futbolçunun adı yer alıb.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Luka Quqeşaşvili, Amin Ramazonov, Ayhan Arazlı (B siyahısı)
Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Toral Bayramov (B), Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina
Yarımmüdafiəçilər: Qara Qarayev, Patrik Andrade, Riçard Almeyda, Abdullah Zubir, Leandro Andrade, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borges, Nihad Quliyev (B)
Hücumçular: Musa Qurbanlı (B), İbrahima Vadji, Ramil Şeydayev, Rüstəm Əhmədzadə
“Qarabağ” “Marsel”ə qarşı ilk oyunu fevralın 17-də səfərdə, cavab oyununu bir həftə sonra Bakıda keçirəcək.