“Qarabağ”ın ilk sınağında heç-heçə etdi
27.06.2023 , 21:45

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün yoldaşlıq oyununa çıxıb.
Korner.az xəbər verir ki, “atlılar” Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb. Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
“Qarabağ” Avstriya toplanışında iyulun 1-də “Legiya” (Polşa), iyulun 4-də isə ÇSKA (Bolqarıstan) ilə qarşılaşacaq.
27 iyun
Yoldaşlıq oyunu
20:00 Qarabağ – Ferentsvaroş – 3:3
