"Qarabağ"ın təlim-məşq toplanışı davam edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qızılcahamamda davam edən təlim-məşq toplanışı müddətində 3 yoxlama oyunu keçirəcək komanda iyulun 6-da ilk oyununa çıxacaq.
"Qarabağ"ın rəqibi İran çempionatnı 6-cı pillədə bitirmiş "Zob Ahan" klubu olacaq. Görüşün başlama saatı 18:00-a nəzərdə tutulub.
