“Qarabağ”ın ilk oyununun başlama saatı açıqlandı
01.08.2019 , 11:55
“Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə ilk oyununun başlama saatı müəyyənləşib.
Korner.az-ın Kipr klubunun saytına istinadən yaydığı xəbərə görə, Nikosiyadakı “QCP” stadionunda keçiriləcək birinci matç avqustun 6-ı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 13-ü Bakıda olacaq.
