Ölkə futbolu

“Qarabağ”ın ikinci oyununun vaxtı dəyişdirildi

25.01.2022 , 17:26

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın Polşanın “Visla” (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.

Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez – 17:45-də başlayacaq. İki komanda arasında əldə edilmiş razılığa əsasən, yoxlama görüşü 3 hissədən ibarət olacaq.

Qeyd edək ki, “Qarabağ”ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub. Hazırda “Gloria Sport Arena”nın meydançası qardan təmizlənir.

Son yazılar

Yuxarı