“Qarabağ”ın ikinci oyununun başlama saatı açıqlandı
25.06.2018 , 19:48

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın ikinci yoxlama oyununun başlama saatı müəyyənləşib.
Yerli “Vakker İnsbruk”a qarşı keçirilən matç sabah Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” Avstriyada ilk yoxlama görüşündə “Ludoqorets”lə (Bolqarıstan) bərabərə qalıb – 1:1.
