“Qarabağ”ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb
15.11.2022 , 11:27

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət alıblar.
Korner.az-ın məlumatına görə, hər iki oyunçu yoldaşlıq matçları üçün komandaya cəlb olub.
Qeyd edək ki, Monteneqro yığması noyabrın 17-də Slovakiya, üç gün sonra isə Sloveniya kollektivi ilə üz-üzə gələcək.
