“Qarabağ”ın iki futbolçusu millidən kənar qaldı
11.09.2018 , 17:36

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
“Qarabağ”dan dəvət edilən Musa Qurbanlı və Tuhid Abdullazadə zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində Kamal Kazımov (“Qəbələ”) toplanışa dəvət olunub.
