“Qarabağ”ın iki futbolçusu ən yaxşılar arasında
25.10.2019 , 12:34

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandasını açıqlayıb.
Korner.az-ın məlumatına görə, ən yaxşılar arasında “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silva da yer alır. Hər iki futbolçu ötən gecə Bakıda APOEL-lə keçirilən görüşdə (2:2) qol vurub.
Xatırladaq ki, Kintana Avroliqanın 2-ci turunda da rəzmi 11-likdə yer almışdı.
