"Qarabağ"ın hücumçusu Raydell Pupon Hollandiyaya geri dönəcək.
Korner.az-ın Hollandiyanın vi.nl saytına istinadən məlumatına görə, "Qarabağ"da özünü o qədər də yaxşı tərəfdən göstərə bilməyən futbolçu Hollandiya liqasına qayıdıb.
Sayt yazır ki, futbolçu Pupon "Roda" klubu ilə razılaşıb. Hollandiyalı hücumçu ilə 6 ay+1 illlik müqavilə bağlanıb.
Xatırladaq ki, Pupon "Qarabağ"a Fransanın "Valensyen" klubundan gəlmişdi.
