“Qarabağ” klubunun futbolçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb. 27 yaşlı hücumçu Seneqalla oyunlara çağırılıb
26 oyunçudan ibarət heyət ilk görüşünü noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma ötən il oynanılsa da, FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb.
Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək. 4 görüşdən sonra Seneqal 8 xalla D qrupuna başçılıq edir. Burkina Faso və Kabo Verde 5 oyundan 6 xal toplayıb. CAR isə 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası hər iki görüşdə qələbə qazansa, qrup lideri kimi 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
