“Qarabağ”ın hollandiyalı hücumçusu Raydel Pupon ölkəsinin mətbuatına açıqlama verib.
Korner.az-ın məlumatına görə, o, “Qarabağ”dan ayrılması ilə bağlı gəzən söz-söhbətə münasibət bildirib.
Pupon bu xəbərlərdən şok olduğunu dilə gətirib:
“Mən bu xəbərlərdən şok oldum. Çünki mən “Qarabağ”ın futbolçusuyam. Yanvarın 5-də də komandanın Antalyadakı təlim-məşq toplanışına qatılacam. “Qarabağ” mənlə yolları ayırmaq istəsə, çoxlu pul ödəməli olacaq”.