“Qarabağ”ın heyətində ciddi itki – Kintana zədələndi
18.07.2018 , 21:46

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Olimpiya” oyununda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov erkən əvəzetmə edib.
Təcrübəli mütəxəssis oyunun ilk hissəsində Dani Kintananın əvəzinə meydana Filip Ozobiçi daxil edib. Ozobiç zədələndiyi üçün meydanı tərk etmək məcburiyyətində qalıb.
Ancaq onun zədəsinin ciddi olmadığı ehtimal edilir. İlk hissəsi davam edən qarşılaşmada hesab açıqlamyıb
