“Qarabağ”ın “Gent”lə oyununun başlama vaxtı açıqlandı
09.11.2022 , 10:53

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
Korner.az xəbər verir ki, komandalar arasındakı ilk görüş fevralın 16-da Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matça saat 21:45-də start veriləcək.
“Qarabağ”ın Belçikadakı oyunu isə fevralın 13-də olacaq. Görüş saat 00:00-da başlayacaq.
