Premyer Liqanın III turunda “Xəzər-Lənkəran”ı qəbul edəcək “Qarabağ” tam heyətlə hazırlaşa biləcək.
Korner.az-ın məlumatına görə, milli oyunlar səbəbiylə Azərbaycan, Albaniya, Konqo və Gürcüstan millilərinə gedən futbolçularından məhrum olan komanda futbolçularına bu gün qovuşub.
Qeyd edək ki, “Qarabağ” – “Xəzər-Lənkəran” matçı avqustun 18-i saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.
