AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda növbəti oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, U-19 Liqasının XX turunda “Qarabağ” “Qəbələ”ni qəbul edib.
Milli komandamızın kapitanı Rəşad Sadıqovun çalışdırdığı “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Ağdam təmsilçisi 20 turdan sonra 53 xalla turnir cədvəlinin lideridir.
