“Qarabağ”ın futbolçusuna iki, “Zirə”nin oyunçusuna bir oyun cəza
28.12.2020 , 13:44

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Toplantıda Premyer Liqanın XIII turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qarabağ” – “Zirə” oyununda meydan sahiblərinin nömrəli futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
“Zirə”nin futbolçusu Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
