“Qarabağ”ın futbolçusuna ağır itki üz verib
15.01.2025 , 16:50

“Qarabağ”ın futbolçusu Yassin Benziaya ağır itki üz verib.
Korner.az xəbər verir ki, fransalı futbolçunun anası vəfat edib.
Klub yaydığı açıqlamada Benzianın anasının vəfatından kədərləndiyini bildirib, mərhuma Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
