“Qarabağ”ın futbolçusu xeyriyyə oyununda iştirak etdi
27.12.2018 , 14:28

“Qarabağ”ın futbolçusu Miçel İspaniyada xeyriyyə turnirində iştirakçı olub.
33 yaşlı yarımmüdafiəçi doğulduğu Asturiya bölgəsində mərhum futbolçu Enrike de Kastro Qonsales Kininin xatirəsinə həsr olunmuş futzal qarşılaşmasında çıxış edib..
Görüşdə “Real Ovyedo” və “Sportinq Xixon” klublarının sabiq futbolçuları forma geyiniblər.
Miçel “Real Ovyedo”nun yetirməsidi. O, peşəkar karyerasına Xixon “Sportinq”ində başlayıb. Miçel “Birmingem”, AEK, “Hetafe”, və “Makkabi” (Hayfa, İsrail) klublarında çıxış edib. İspan futbolçu 2015-ci ildən “Qarabağ”da oynayır.
