“Qarabağ”ın futbolçusu üçün əlamətdar oyun
20.03.2022 , 11:44

Kadi Borqes “Qarabağ”da 10-cu qolunu vurub.
Korner.az xəbər verir ki, bu, Premyer Liqanın XX turunun “Zirə” ilə oyununa təsadüf edib. 3:0 hesabı ilə qalib gələn Ağdam klubunun heyətində iki dəfə fərqlənən yarımmüdafiəçi öncə yubiley qoluna, sonra 11-ci topa imza atıb. Komandasında 33 matç keçirən Kadinin orta məhsuldarlığı 0,33-ə bərabərdir. O, Premyer Liqada 6, Konfrans Liqasında 5 dəfə rəqib qapısına yol tapıb.
2021-ci ilin yayında Ağdam klubuna keçən Borqes bütün qollarını cari mövsümdə vurub. O, bu mövsüm “Qarabağ”da 10 və daha çox qol vuran ikinci futbolçu olub. Braziliyalı qol sayında Abdullah Zubirə çatıb.
