“Qarabağ”ın futbolçusu qol rekordu qırdı
03.05.2019 , 16:05

Azərbaycanın futbol üzrə aşağı liqasında qol rekordu qırılıb.
“Qarabağ”ın U-14 komandasının üzvü Amin Qarayev meydana çıxdığı 27 oyunda 64 qola imza atıb. Gənc futbolçu ən məhsuldar oyunçu olaraq AFFA tərəfindən xüsusi diplomla təltif edilib. Bununla da futbolçu Pilağa Mehdiyevin 1999-cu ildəki rekordunu qırıb. Həmin vaxt Pilatğa 52 qol vuraraq rekord müəllifi olmuşdu.
Qeyd edək ki, U-14 liqasında çempion “Sabah” olub. “Binə” ikinci, “Qəbələ” üçüncü yeri tutub. Amin Qarayevin komandası “Qarabağ” isə 4-cü yerlə kifayətlənib.
